Qaynar xətt:

(+99450) 247 90 86

Qobu sakini qayınanasının evində özünü yandırdı - Xanımı da dərman içdi

2019-04/1554463319_uwaqi-yandirdi-1.jpg

KRİMİNAL

681

05.04.2019, 15:20

\"\"  39 yaşlı Qobu sakini Məmmədov Musa Tofiq oğlu özünü yandırıb.
Bu barədə Oxu24.com-a Abşeron rayon Prokurorluğundan məlumat daxil olub. İnsident səhər saatlarında baş verib. M.Məmmədov qayınanasının evində intihar edib. Yaxınları vaxtında M.Məmmədova yardım edə bilməyiblər. İlkin məlumata görə, kişinin bədəninin 70 faizi yanıb. İlkin araşdırma nəticəsində M.Məmmədovun spirtli içki alüdəçisi olduğu ortaya çıxıb. Bu səbəbdən ər-arvad arasında tez-tez münaqişə düşüb. Baş verən hadisədən sonra həyat yoldaşı da çoxlu həb udaraq özünü öldürməyə çalışıb. O, vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub. Faktla bağlı araşdırma aparılır.