Qaynar xətt:

(+99450) 247 90 86

Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanıldı

Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanıldı

KRİMİNAL

334

07.08.2024, 13:12

Biləsuvarda həmkəndlisinə qarşı soyğunçuluq edən yeniyetmə saxlanılıb.

"Unikal"ın məlumatına görə, Biləsuvar rayon sakini  azyaşlıya zor tətbiq edərək onun 150 manat pulunu ələ keçirib. Bununla bağlı polisə məlumat verilib.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi 2008-ci il təvəllüdlü S.Əmirli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.