Qaynar xətt:

(+99450) 247 90 86

30 yaşlı polis zabiti faciəli şəkildə həlak olub

2019-04/1554183541_1413877219_azerbaycanda-ekin-sahesinde-meyit-tapilib-cenubnews.jpg

KRİMİNAL

1062

02.04.2019, 09:39

  Yardımlıda polis zabiti qəzaya düşərək ölüb.
Hadisə ötən gün gecə saatlarında Yardımlı rayonunun ən ucqar dağ kəndlərindən biri olan Osnakəran kəndində baş verib. Belə ki, Yardımlı Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant, 30 yaşlı Şahin Nəsirov xidməti avtomobilində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək dərəyə yuvarlanıb. Nəticədə avtomobildə tək olan Şahin Nəsirov aldığı ağır xəsarətlərdən yerindəcə keçinib. Yol-nəqliyyat hadisəsinə səbəb kimi həmin yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır. (Xəzər TV)