Qaynar xətt:

(+99450) 247 90 86

Evi yandırıb sonra intihar etdi - Samuxda dəhşətli hadisə

KRİMİNAL

482

02.04.2019, 09:21

\"\"  Samuxda yaşayış evində yanğın olub. Oxu24.com -un  verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb. Yaşayış evində baş verən yanğını söndürmək üçün əraziyə iki yanğın söndürmə avtomobili cəlb olunub. Baxış zamanı evdən ev sahibi 1972-ci il təvəllüdlü Hüseynov Habil Maarif oğlunun boğazında kəndir olan yerə sərilmiş meyiti aşkarlanıb. Onun evi yandırıb sonra intihar etdiyi bildirilir.  H.Hüseynov həyat yoldaşından boşanıb evdə tək yaşayırmış. Faktla bağlı araşdırma aparılır.