Qaynar xətt:

(+99450) 247 90 86

Ağcabədi sakinlərindən 10 ədəd tüfəng götürülüb

Ağcabədi sakinlərindən 10 ədəd tüfəng götürülüb

KRİMİNAL

373

01.08.2024, 11:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağcabədi rayon sakinləri 10 ədəd tüfəngi polisə könüllü təhvil veriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda olan qanunsuz silahların könüllü təhvil verilməsinin təmini istiqamətində profilaktika davam etdirilir.

Ötən həftə ərzində keçirilən tədbirlərlə rayon sakinləri ikisi yivli olmaqla, ümumilikdə 10 ədəd müxtəlif markalı ov tüfəngini polisə könüllü təqdim ediblər.