Qəbiristanlığa ziyarətə gedən şəxs qarət olundu
09 Sentyabr 2026, 20:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
198
30.07.2024, 11:53
Müdafiə Nazirliyinin (MN) Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov külli miqdarda mənimsəmədə təqsirləndirilib.
"Report" xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi çərçivəsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyev sədrliyi ilə keçirilən istintaq orqanın təqdimatı təmin edilib və Rəhim Laçınov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Respublika Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib ki, Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Laçınov Rəhim Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib.
"Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək".

09:20 / 10 Sentyabr 2026
6
09:19 / 10 Sentyabr 2026
9
09:17 / 10 Sentyabr 2026
11
00:34 / 10 Sentyabr 2026
82
23:34 / 09 Sentyabr 2026
73
23:22 / 09 Sentyabr 2026
85
23:04 / 09 Sentyabr 2026
87
22:55 / 09 Sentyabr 2026
73
22:44 / 09 Sentyabr 2026
71
22:32 / 09 Sentyabr 2026
66
22:14 / 09 Sentyabr 2026
65
22:04 / 09 Sentyabr 2026
92
22:00 / 09 Sentyabr 2026
70
21:55 / 09 Sentyabr 2026
83
21:55 / 09 Sentyabr 2026
72
21:54 / 09 Sentyabr 2026
168
21:50 / 09 Sentyabr 2026
78
21:48 / 09 Sentyabr 2026
74
21:40 / 09 Sentyabr 2026
81
21:34 / 09 Sentyabr 2026
73
21:30 / 09 Sentyabr 2026
78
21:26 / 09 Sentyabr 2026
100
21:20 / 09 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.