Qaynar xətt:

(+99450) 247 90 86

Tovuzda PARTLAYIŞ - Dağıntılar altından 2 nəfər çıxarıldı

2019-04/1554097744_yangion_yeni-partlayis-daginti_1554097209.jpg

KRİMİNAL

784

01.04.2019, 09:48

\"\"  Tovuzda birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, rayonun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.