Qaynar xətt:

(+99450) 247 90 86

Bakının mərkəzində qanlı hadisə: Yaralılar var

2019-03/1554010719_625ca0212558295.jpg

KRİMİNAL

1361

31.03.2019, 09:40

  Bakının Səbail rayonunda avtoqəza baş verib, nəticədə 4 nəfər xəsarət alıb.
Oxu24.com xəbər verir  ki, ONA-nın xəbərinə görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. Belə ki, Xanlar küçəsində “BMW” markalı avtomobilin sürücüsü əks yola çıxaraq, idarə etdiyi avtomobili yüksək sürətlə iki “Mercedes” markalı avtomobilə çırpıb. Nəticədə "BMW"-nin sürücüsü və sərnişini, eləcə də digər avtomobillərin sürücüləri xəsarət alıb. Onlar təcili 1 saylı Xəstəxanaya yerləşdirilib. Hadisənin səbəblərini Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.