Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda sərnişin avtobusu qəzaya düşdü -Yaralılar var

2019-03/1553939767_61507bda-8935-4a0f-9e91-4469fa19d81d.jpg

KRİMİNAL

906

30.03.2019, 13:55

\"\"  Araz Trans” şirkətinə məxsus “Mercedes” markalı iri tutumlu sərnişin avtobusunun Qaradağ rayonu ərazisində “QAZel” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir. Qeyd edək ki, beynəlxaq daşımalarda iştirak edən avtobus Tbilisidən Bakıya gəlirmiş. Faktla bağlı araşdırma aparılır.