Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11440
az

“Adamım yoxdur deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar"

11:0230 Mart, 2019
958
KRİMİNAL
  • A
 

Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümünə, daha 29-nun xəsarət almasına səbəb olan yanğınla bağlı məhkəmə araşdırmaları başa çatmaq üzrədir.

Bu hadisəyə görə dörd nəfər təqsirləndirilən şəxs kimi məhkəmə qarşısına çıxarılsa da, onlardan ancaq biri – Məhəmməd Məmmədov yanğını törətməkdə ittiham olunur. 64 yaşlı Məhəmməd Məmmədov isə 8 aydır davam edən məhkəmənin ilk günündən yanğını törətmədiyini, həbs olunarkən təzyiqə məruz qaldığına görə etirafedici ifadəyə imza atdığını bildirir.

İttihama əsasən, spirtli içki aludəçisi olan Məhəmməd Məmmədovu oğlu Vahid rüşvət verərək illərdir Narkoloji Mərkəzdə saxlatdırıb. O, vaxtaşırı evə buraxılsa da, bir müddət sonra oğlu yenidən onu mərkəzə yerləşdirirmiş. Sonuncu dəfə ötən il martın 1-də Məhəmməd Məmmədovun orada saxlanma müddəti başa çatsa da, tibb bacısından öyrənib ki, vaxtı yenə uzadılıb. Bundan əsəbiləşən Məhəmməd Məmmədov martın 2-də səhər saat 6 radələrində intihar etmək məqsədilə üstündəki yorğanı yandırıb. Ancaq dərhal da fikrindən daşınıb və yorğanı yerə atıb. Nəticədə alov ətrafı bürüyüb və bütün korpus yanıb.


Məhəmməd Məmmədov isə ittihamda yazılanları təkzib edir və yalan olduğunu bildirir. Martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub. Aprelin 2-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.

Təqsirləndirilən Məhəmməd Məmmədov isə bir daha hakimlərə müraciət edərək, günahsız olduğunu bildirib. Məhkəmədə ağlayaraq danışan Məhəmməd Məmmədov bildirib ki, kimsəsiz olduğuna görə onu qurban seçib, törətmədiyi əməli onun boynuna qoyublar:

"Möhtərəm hakim, sizə yalvarıram, məni bu bəladan qurtarın. Hamı bilir ki, bunu mən eləməmişəm. Kimsə günahkar olmalıdır, adamım olmadığına görə məni seçiblər. Mən mərkəzdə olanda bütün günü həyətdə "svarka”, başqa təmir işlərini görürdüm. Baş həkim də Allah şahididir. 54 xəstənin işi mənə tapşırılmışdı. İndi necə oldu ki, mən təhlükəli adam oldum? Orada bir nəfərlə də problemim, söz-söhbətim olmayıb. Allah da bu ədalətsizliyi götürməz. Mənim adamım yoxdur, kimsəsizəm deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar”.

Bu hadisəyə görə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan digər üç nəfər mərkəzin keçmiş direktoru Telman Məmmədhəsənov, təsərrüfat məsələləri üzrə direktor müavini Mahir Abdullayev və Məhəmməd Məmmədovun müalicə həkimi olmuş Afət Məmmədovadır.

Afət Məmmədova həbsdə deyil, o, Məhəmməd Məmmədovun oğlundan rüşvət alıb onu davamlı orada saxlamaqda ittiham olunur. Mərkəzin sabiq direktoru və müavini isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir. Onların heç biri özünü təqsirli bilmir.

Bu hadisədən sonra mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərov da həbs olunmuşdu. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 28-də vəfat edib. (Bizimyol) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı