Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11094
az

“Qız övladlarınıza nəzarət edin”: Bakıda naməlum elan – Foto

21:3619 Mart, 2019
1525
  • A
 
Sosial şəbəkələrdə yayımlanan elan ciddi müzakirələrə səbəb olub.Belə ki, mənbəyi və kimin tərəfindən yazıldığı məlum olmayan elanda valideyinlərə səslənilir, onların qız övladlarına nəzarət olunması xəbərdarlığı edilir. Hətta qeyd edilir ki, müəyyən yerlərdə gənc və azyaşlı qızlar oğlanlarla görüşür, onlara kirayə evlər verilir və s.
Məsələ ilə bağlı Bizimyol.info-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bu kimi mənbəyi məlum olmayan elanların yayılması qadınların qısqanılmasına, selektiv abortların sayının artmasına gətirib çıxardır:
“Belə elanlar olur və bu zaman Daxili İşlər Nazirliyi buna diqqətlə yanaşır. Mətbuatda, sosial şəbəkədə yayımlanan məsələni isə dərhal nəzarətdə saxlayırlar. Lakin mən bu cür xəbərdarlıqlardan, elanlardan narahatam. Bu kimi elanlar qadınların qısqanılmasına gətirib çıxardır. Hətta deyərdim bu məqsədyönlü və düşünülmüş variantlardır.

Qız uşaqlarınızı məhdudlaşdırın, onları heç yana buraxmayın. Bu qadınların qərarqəbuletmə imkanlarını məhdudlaşdıran addımlardır. Əgər real təhlükə varsa, onu yazıb ora yapışdıran adam zəng etməlidir Daxili İşlər Nazirliyinə, yaxud qadın Qeyri-Hökumət Təşkilatlarına. Bu cür mənbəyi məlum olmayan elanlar narahatçılıq və şübhə doğuran məsələdir. Elə hadisələr olub ki, gənc qızları müəyyən yollara cəlb ediblər. Lakin bu vətəndaş bu əməli bilirsə və bunu gizlədirsə, demək ki, o vətəndaş da o əməldə iştirak edir. Belə olan təqdirdə qızlara qarşı qısnamanın yaranmasının şahidi olacağıq. Sonra selektiv abortlarının sayının artmasının şahidi olacağıq. Bu da qız uşaqlarının sayının azalması ilə nəticələnəcək, onların təhsildən yayınmasına gətirib çıxardacaq”.

Bizimyol.info-ya danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlham Babayev isə qeyd edib ki, məsələ araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi