Qaynar xətt:

(+99450) 247 90 86

Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı

KRİMİNAL

289

17.05.2024, 10:47

Mayın 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.