Qaynar xətt:

(+99450) 247 90 86

"Quli" və "Sabirabadlı Hikmət"in əlbəyaxa davası necə baş verib? - Şok fakt

\\\"Quli\\\" və \\\"Sabirabadlı Hikmət\\\"in əlbəyaxa davası necə baş verib? - Şok fakt

KRİMİNAL

2742

12.03.2019, 20:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Çox az adama bəllidir ki, kriminal aləmin “Böyük qardaşı” Hikmətlə “Lotu Quli” arasında mehribanlıqla yanaşı, gərgin günlər də yaşanıb. Hətta onlar əlbəyaxa olub dalaşıblar.
Bu hadisə 13 saylı cəzaçəkmə müəssisəində baş verib.
Nadir Səlifov ora gətiriləndə “Sabirabadlı Hikmət” də orda olub. Muxtarov Hikmət Məmmədqulu oğlu 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkənd kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitunda təhsil alarkən Bakı Şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və ilk məhkumluğunu yaşayıb. 3 il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı cəzaçəkmə müəssisəində və Xələc düşərgəsində çəkib. 1981-ci ildə yenidən 7 il müddətinə həbs olunub. Rostov düşərgəsində Mixail “Kotovski”, Kolya “Lebed”lə tanış olub. Burada başladılan qiyamın təşkilatçılarından olduğuna görə, işinin üstünə 3 il əlavə ediblər. “Böyük qardaş” ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq “Kresti” kiçmanında və Vorkuta həbsxanalarında cəza çəkib. 1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb. 2001-ci ildə cibindən narkotik vasitə heroin “tapılıb” və 8 il azadlıqdan məhrum edilib. Sonra işinin üstündən 5 il götürüblər. Lotu Hikmət 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb binanın yanında duran Mercedes-500 markalı maşının minmək istərkən ona avtomat və tapançadan atəş açıblar. 11 apreldə onun meyiti təyyarə ilə Azərbaycana göndərilib. Bakıdan meyiti Sabirabad rayonunun doğma Kürkəndi kəndinə gətirilib və buradakı qəbiristanlıqda dəfn edilib. Sabiq məhkumun söhbəti: “Hikmət istər Azərbaycanda, istərsə də Rusiyada çox hörmətli, nüfuzlu idi. Onu hər yerdə tanıyırdılar. Onun qəribə xasiyyəti var idi. Çox vasvası idi. Heç kim Hikmətin yatağının üstünə otura bilməzdi. Hikmət insanları hələm-hələm özünə yaxın buraxmırdı. O, biləndəki yanına kimsə gəlib və 5000 dollar pul gətirib, onu yaxına buraxmırdı. Deyirdi, bu gün 5000 veribsə, sabah 10 dənə şey xahiş edəcək”. 2003-cü ilin yayında 13 saylı cəzaçəkmə müəssisəsində içki məclisində “Lotu Quli”, Hikmət, “Bülbüləli İlqar”, “İlham Maştağa”, “Sabirabadlı” Əli olub. Söhbət əsnasında Hikmət Otarı təhqir edib. Onun barəsində kriminal aləmində ən ağır jarqonu işlədib. Keçmişdə Otara məhz Hikmət tərəfindən “oğru” adının verilməsinə, eləcə də Otarın “Lotu Quli”yə titul almasında maneçilik törədilməsinə baxmayaraq, Nadir Səlifov deyib ki, Otar ölüb, ikincisi isə o, mənim dostum olub. Onun barəsində bir də söyüş söymə. Aradan 10 gün keçib və yenə içki məclisində Hikmət Otarı söyüb. “Lotu Quli” yenə eyni sözləri təkrarlayıb. Bu zaman Hikmət “Lotu Quli”ni də təhqir edib. Əslində o, səhv etdiyini anlayıb və başa düşüb ki, ölən adamı dostunun yanında söymək olmaz. Amma geri də çəkilmək istəməyib. Bu zaman “Lotu Quli” ayağa qalxaraq “əclaf özünsən” deyib. Ona bir sillə vurub. Beləcə aralarında dava başlayıb. Otaqda olanları da yaxına buraxmayıblar. “İki qardaş özümüz bilərik” deyib, dalaşmağa davam ediblər. Dava zamanı daha gənc olan Səlifov çevik tərpənib. Bu hadisə Hikmətin azadlığa çıxmasından az əvvəl olmuşdu. Ona görə də, Hikmət azadlığa çıxanda onun sifətində həmin davanın izləri qalmışdı. Bununla belə, onlar küsülü kimi ayrılmadılar. Ürəyin dərinliyində inciklik təbii ki, qala bilərdi… (Yenicag.az)



Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

16:02 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

101

0
Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

15:41 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

100

0
Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

15:40 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

131

0
Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

15:36 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

791

0
Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

15:34 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

382

0
2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

15:29 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

98

0
Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

15:17 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

132

0
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

15:10 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

123

0
Bakıda 49 yaşlı klinika rəhbəri vəfat etdi 

15:03 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda 49 yaşlı klinika rəhbəri vəfat etdi 

143

0
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

14:40 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

98

0
"Arzulayırdın ki, səndən bütün saytlar yazsın" 

14:20 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Arzulayırdın ki, səndən bütün saytlar yazsın" 

149

0
Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib 

14:17 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib 

159

0