Yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər edən gənc həbs olundu
26 Noyabr 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
327
07.05.2024, 14:14
Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə iki qadına qarşı dələduzluq və quldurluq əməlində təqsirləndirilən Kəlbəcər rayon sakinləri Sənani Misirov və ögey bacısı Gülnar Həşimzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hökm ləğv olunaraq birinci instansiya məhkəməsinə yeni baxışa göndərilib.
İttihama görə, onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 181-ci (quldurluq) maddələri ilə təqsirli biliniblər.
Məlum olub ki, Sənani 2018-ci ildə həbsdən çıxıb və həmin vaxt ögey bacısı boşanıb. Bundan sonra onlar Bakıda birgə kirayədə yaşamağa başlayıblar. 2021-ci ildə isə Sənani və Gülnar Bakıdan Şəmkirə gedərək orada özlərini ər-arvad kimi təqdim edərək kirayə ev tutublar. Daha sonra onlar qızıl alveri ilə məşğul olan və Gəncədə fəaliyyət göstərən iki qadınla əlaqə saxlayaraq onlarla münasibət qurublar.
Özlərini həmin qadınlara da ər-arvad kimi təqdim edən şəxslər onlardan birinin inamını qazanaraq toyda istifadə edib qaytarmaq adı ilə 17 min manatlıq qızıl-zinət əşyaları alıblar. Daha sonra hər iki şəxs digər qızıl alverçisini yaşadıqları evə dəvət edib və ona hədə-qorxu gələrək özü ilə satış üçün gətirdiyi 15 min manata yaxın dəyəri olan qızılları zorla əlindən alıblar.
Daha sonra hər iki şəxs Bakıya qayıdaraq ələ keçirdikləri qızılları satıblar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənani Misirova 9 il 6 ay, Gülnar Həşimzadəyə isə 9 il həbs cəzası verilib.
21:37 / 26 Noyabr 2026
1
21:33 / 26 Noyabr 2026
29
21:27 / 26 Noyabr 2026
41
21:19 / 26 Noyabr 2026
66
21:08 / 26 Noyabr 2026
80
21:04 / 26 Noyabr 2026
516
20:55 / 26 Noyabr 2026
87
20:50 / 26 Noyabr 2026
78
20:38 / 26 Noyabr 2026
84
20:31 / 26 Noyabr 2026
89
20:26 / 26 Noyabr 2026
199
20:22 / 26 Noyabr 2026
88
20:09 / 26 Noyabr 2026
101
20:02 / 26 Noyabr 2026
145
19:58 / 26 Noyabr 2026
724
19:46 / 26 Noyabr 2026
119
19:30 / 26 Noyabr 2026
131
19:23 / 26 Noyabr 2026
168
19:13 / 26 Noyabr 2026
122
19:05 / 26 Noyabr 2026
235
18:59 / 26 Noyabr 2026
110
18:56 / 26 Noyabr 2026
139
18:48 / 26 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.