Ramiz Mehdiyev işindən xəbər var: Oğlu və kürəkəni...
14 Sentyabr 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
364
07.05.2024, 11:27
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib. Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 4 sürücü saxlanılıb.
Oxu24.com xəbər verir ki, tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 4 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub.
Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 10 və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü də müəyyən olunaraq saxlanılıb. Profilaktik tədbir zamanı müxtəlif kobud qayda pozuntularına yol verən ümumilikdə 170 sürücü barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, ilin əvvəlindən Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə və narkotiklərin təsiri altında idarə edən 64, avtoxuliqanlıq və sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən 114 sürücü aşkar olunub.
Quba rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
17:26 / 14 Sentyabr 2026
1
17:15 / 14 Sentyabr 2026
10
17:12 / 14 Sentyabr 2026
31
17:03 / 14 Sentyabr 2026
43
17:01 / 14 Sentyabr 2026
40
16:49 / 14 Sentyabr 2026
298
16:46 / 14 Sentyabr 2026
96
16:35 / 14 Sentyabr 2026
57
16:25 / 14 Sentyabr 2026
60
15:59 / 14 Sentyabr 2026
471
15:50 / 14 Sentyabr 2026
241
15:48 / 14 Sentyabr 2026
370
15:44 / 14 Sentyabr 2026
131
15:43 / 14 Sentyabr 2026
80
15:13 / 14 Sentyabr 2026
71
15:11 / 14 Sentyabr 2026
63
15:01 / 14 Sentyabr 2026
108
15:00 / 14 Sentyabr 2026
85
14:50 / 14 Sentyabr 2026
65
14:43 / 14 Sentyabr 2026
68
14:33 / 14 Sentyabr 2026
429
14:31 / 14 Sentyabr 2026
267
14:30 / 14 Sentyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.