17 il 6 ay həbs cəzası aldı - Bu cinayətə görə
14 Sentyabr 2026, 18:14
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
247
06.05.2024, 13:40
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aprel ayında 150 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb.
Oxu24.com DİN-ə istinadən xəbər verir ki, idarə əməkdaşları tərəfindən aprel ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 38 əməliyyat keçirib. Nəticədə 34 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 6-i ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlarla “qara bazar”-da dəyəri 6.5 milyon manat olan 150 kiloqram, o cümlədən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 36 kiloqram heroin, 22 kiloqram metamfetamin, 5 kiloqram tiryək və digər növdən olan narkotik vasitə, 5 min ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.
21:07 / 14 Sentyabr 2026
19
20:58 / 14 Sentyabr 2026
49
20:42 / 14 Sentyabr 2026
119
20:34 / 14 Sentyabr 2026
77
20:19 / 14 Sentyabr 2026
57
20:10 / 14 Sentyabr 2026
116
19:55 / 14 Sentyabr 2026
82
19:45 / 14 Sentyabr 2026
151
19:34 / 14 Sentyabr 2026
106
19:24 / 14 Sentyabr 2026
69
19:19 / 14 Sentyabr 2026
93
19:09 / 14 Sentyabr 2026
740
19:08 / 14 Sentyabr 2026
152
18:51 / 14 Sentyabr 2026
268
18:45 / 14 Sentyabr 2026
242
18:34 / 14 Sentyabr 2026
222
18:28 / 14 Sentyabr 2026
66
18:22 / 14 Sentyabr 2026
84
18:19 / 14 Sentyabr 2026
88
18:14 / 14 Sentyabr 2026
154
18:12 / 14 Sentyabr 2026
75
18:04 / 14 Sentyabr 2026
524
17:51 / 14 Sentyabr 2026
2360
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.