Qaynar xətt:

(+99450) 247 90 86

DGK İdarədəki əməliyyatla bağlı MƏLUMAT YAYDI

DGK İdarədəki əməliyyatla bağlı MƏLUMAT YAYDI

KRİMİNAL

219

03.05.2024, 14:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.

Məsələ ilə bağlı komitə diqqətə çatdırır ki, qurumun Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər məhsulların qaçaqmalçılıq faktı aşkarlanıb, faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

DGK qeyd edilən məsələ ilə bağlı yayımlanan xəbərlərdə Komitənin məlumatlarına istinad etməyi tövsiyə edir.