DTX-nin saxladığı “Çevik”i hansı cəza gözləyir?
14 Sentyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
345
03.05.2024, 11:47
5 ailə üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir.
Oxu24.com apa-ya istinadən xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib:
“Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komissyon psixiatriya ekspertizası təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq obyektiv ədalətli qərarın qəbul edilməsi təmin ediləcək”.
Prokuror Əhməd Əhmədovun hazırda istintaq təcridxanasında saxlanıldığını deyib.
Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
02:04 / 15 Sentyabr 2026
13
00:04 / 15 Sentyabr 2026
98
23:50 / 14 Sentyabr 2026
149
23:31 / 14 Sentyabr 2026
58
23:13 / 14 Sentyabr 2026
85
22:51 / 14 Sentyabr 2026
119
22:40 / 14 Sentyabr 2026
93
22:25 / 14 Sentyabr 2026
213
22:16 / 14 Sentyabr 2026
90
22:13 / 14 Sentyabr 2026
233
22:03 / 14 Sentyabr 2026
88
21:59 / 14 Sentyabr 2026
160
21:48 / 14 Sentyabr 2026
66
21:39 / 14 Sentyabr 2026
65
21:33 / 14 Sentyabr 2026
78
21:28 / 14 Sentyabr 2026
88
21:11 / 14 Sentyabr 2026
81
20:58 / 14 Sentyabr 2026
869
20:42 / 14 Sentyabr 2026
192
20:34 / 14 Sentyabr 2026
520
20:19 / 14 Sentyabr 2026
77
20:10 / 14 Sentyabr 2026
209
19:55 / 14 Sentyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.