Qaynar xətt:

(+99450) 247 90 86

Bir gündə 20 kiloqram narkotik aşkarlandı

Bir gündə 20 kiloqram narkotik aşkarlandı

KRİMİNAL

249

03.05.2024, 10:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 2-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 19,5 kiloqramdan artığı marixuana, qalanı isə heroin, tiryək və metamfetamin, həmçinin 130 ədəd metadon həbi olub.