Xırdalanda partlayış: 19 yaşlı qız öldü
15 Sentyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
301
30.04.2024, 12:20
Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 16 yaşlı Şahin Quliyevin atası iddialarla çıxış edib.
Oxu24.com xəbər verir ki, yeniyetmənin atası Sahib Quliyev Oxu.az-a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub.
Rusiyada yaşayan ata hadisəni eşidən kimi ölkəyə gəldiyini qeyd edib: “Oğlum və onunla bir məktəbdə oxuyan başqa bir oğlan eyni qızı seviblər. Bir ay oğlumu incidiblər. Daha sonra həmin oğlan bir qrup digər məktəblini də götürərək oğlumu söhbət etməyə çağırıb. Mənim oğlum da tək gedib. Həmin uşaqlar oğlumu döyüblər, söyüşlərlə təhqir ediblər. Sonra gözdən salmaq məqsədilə şəkil-video çəkiblər. Məktəbdə həmin videonu yayıblar, hər kəsə, eləcə də qıza göstəriblər”.
Sahib Quliyevin sözlərinə görə, oğlu bu barədə heç kəsə heç nə deməyib, özünə qapanıb və axşam saatlarında özünü ağacdan asıb: “Anası axşam çölə çıxanda görüb ki, özünü asıb. Bir aydan sonra 16 yaşı olacaqdı. Mənim oğlum sakit, tərbiyəli, savadlı uşaq idi. İstəyirəm, onu intihar həddinə çatdıranlar cəzalandırılsınlar. Qanı yerdə qalmasın”.
Mövzu ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayon sakini 2008-ci il təvəllüdlü Şahin Quliyevin yaşadığı evin həyətində intihar etməsi faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
14:10 / 15 Sentyabr 2026
11
14:00 / 15 Sentyabr 2026
45
14:00 / 15 Sentyabr 2026
15168
13:55 / 15 Sentyabr 2026
39
13:50 / 15 Sentyabr 2026
122
13:46 / 15 Sentyabr 2026
221
13:45 / 15 Sentyabr 2026
48
13:36 / 15 Sentyabr 2026
43
13:34 / 15 Sentyabr 2026
57
13:20 / 15 Sentyabr 2026
41
13:15 / 15 Sentyabr 2026
54
13:05 / 15 Sentyabr 2026
46
12:50 / 15 Sentyabr 2026
78
12:42 / 15 Sentyabr 2026
75
12:36 / 15 Sentyabr 2026
323
12:35 / 15 Sentyabr 2026
61
12:30 / 15 Sentyabr 2026
63
12:30 / 15 Sentyabr 2026
51
12:27 / 15 Sentyabr 2026
113
12:13 / 15 Sentyabr 2026
65
12:04 / 15 Sentyabr 2026
67
11:56 / 15 Sentyabr 2026
924
11:55 / 15 Sentyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.