Qaynar xətt:

(+99450) 247 90 86

Oğurladıqları kartla alış-veriş etdilər

Oğurladıqları kartla alış-veriş etdilər

KRİMİNAL

234

29.04.2024, 12:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aprelin 27-də Yasamal rayonu ərazisində bir nəfər şəxsin bank kartının oğurlanması və marketlərin birində kartından 279 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.

Oxu24.com Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsinin keçirdiyi tədbirlərlə oğurluqda şübhəli bilinən Akif Əliyev, Səbuhi Əliheydərov və Sərdar Şükürov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.