“Ramiz Mehdiyev işi”ndə adı keçən Sərdar Cəlaloğlu danışdı - Özü açıqladı
15 Sentyabr 2026, 19:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
338
28.04.2024, 20:18
Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən OXU24.COM-a daxil olan birgə xəbərə görə, məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilib. Nəticədə 22 yaşlı Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərəçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
20:04 / 15 Sentyabr 2026
15
20:02 / 15 Sentyabr 2026
18
19:29 / 15 Sentyabr 2026
54
19:15 / 15 Sentyabr 2026
62
19:15 / 15 Sentyabr 2026
58
19:15 / 15 Sentyabr 2026
62
19:13 / 15 Sentyabr 2026
56
19:12 / 15 Sentyabr 2026
62
19:10 / 15 Sentyabr 2026
147
19:10 / 15 Sentyabr 2026
106
19:05 / 15 Sentyabr 2026
142
19:00 / 15 Sentyabr 2026
68
19:00 / 15 Sentyabr 2026
73
18:55 / 15 Sentyabr 2026
146
18:45 / 15 Sentyabr 2026
84
18:41 / 15 Sentyabr 2026
138
18:29 / 15 Sentyabr 2026
79
18:25 / 15 Sentyabr 2026
184
18:18 / 15 Sentyabr 2026
119
18:17 / 15 Sentyabr 2026
397
18:10 / 15 Sentyabr 2026
174
18:00 / 15 Sentyabr 2026
65
17:58 / 15 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.