“Ramiz Mehdiyev işi”ndə adı keçən Sərdar Cəlaloğlu danışdı - Özü açıqladı
15 Sentyabr 2026, 19:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
344
25.04.2024, 17:42
Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, həbsdə olan vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxs dövlət ittihamçısına etirazla çıxış edib. S. Əliyeva bildirib ki, dövlət ittihamçısı Ziya Mansurov iştirak etdiyi bütün proseslərdə onun verdiyi vəsatətlərə ehtiyac olmadığını deyib, ya da təmin edilməməsini istəyib: "Audit yoxlaması aparılması üçün vəsatət verəndə prokuror dedi ki, cinayət işində 2 audit rəyi var, ehtiyac yoxdur. Mənim işimə formal baxılıb, diqqətlə yanaşmayıb və qərəzlidir".
Daha sonra qərar elan edilib, etiraz baxılmamış saxlanılıb.
Prokuror ittiham aktını elan edib. İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. Ümumilikdə vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Sonra hakim Mahmud Ağalarov təqsirləndirilən Sümbülə Əliyevaya sərbəst ifadə verməyi təklif edib. O isə sənədlərlə tanış olduqdan sonra ifadə vermək istədiyini deyib.
Hakim M. Ağalarov bununla bağlı daha öncədən vəsatət verdiyini və vəsatətin təmin edildiyini deyib: "Protokola əsasən siz sənədlərlə tanış olmusuz. İfadə verə bilərsiz. Ancaq siz hazırda məhkəməni süründürməçiliyə salırsız. Sənədlərlə tanış olmaq sizin haqqınızdır. Yenidən sizə şərait yaradacağıq ki, sənədlərlə tanış olasınız".
Təqsirləndirilən Sümbülə Əliyeva isə sənədlərlə tanış olduğunu deyib: "Sənədlərlə tanış olmuşam, ancaq hazırda həbsdə olduğum üçün sənədlər yanımda deyil".
Məhkəmə mayın 2-də davam etdiriləcək.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət içi üzrə məhkəmədən yayınması əsas gətirilərək ötən ay barəsində həbs qətimkan tədbiri seçilib.
01:42 / 16 Sentyabr 2026
141
00:03 / 16 Sentyabr 2026
131
23:59 / 15 Sentyabr 2026
68
23:36 / 15 Sentyabr 2026
226
23:35 / 15 Sentyabr 2026
101
23:34 / 15 Sentyabr 2026
197
23:25 / 15 Sentyabr 2026
58
23:19 / 15 Sentyabr 2026
176
23:01 / 15 Sentyabr 2026
561
23:00 / 15 Sentyabr 2026
73
22:52 / 15 Sentyabr 2026
267
22:46 / 15 Sentyabr 2026
326
22:37 / 15 Sentyabr 2026
77
22:33 / 15 Sentyabr 2026
654
22:26 / 15 Sentyabr 2026
103
22:25 / 15 Sentyabr 2026
85
22:24 / 15 Sentyabr 2026
71
22:23 / 15 Sentyabr 2026
391
22:14 / 15 Sentyabr 2026
74
22:09 / 15 Sentyabr 2026
65
22:07 / 15 Sentyabr 2026
69
21:53 / 15 Sentyabr 2026
234
21:46 / 15 Sentyabr 2026
200
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.