“Ramiz Mehdiyev işi”ndə adı keçən Sərdar Cəlaloğlu danışdı - Özü açıqladı
15 Sentyabr 2026, 19:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
365
25.04.2024, 14:54
Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə üzrə cinayət təqibinə xitam verilib.
Yekun olaraq təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Ziya Mansurov təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, 25 noyabr 2021-ci ildə Sabirabad Rayon Prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə sümük qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub. Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.
Aparılmış çoxsaylı araşdırma tədbiri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.
Sabirabad Rayon Prokurorluğunun və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.
Müəyyən edilib ki, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.
İstintaq orqanı tərəfindən Rafət Qəniyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
01:42 / 16 Sentyabr 2026
141
00:03 / 16 Sentyabr 2026
131
23:59 / 15 Sentyabr 2026
68
23:36 / 15 Sentyabr 2026
226
23:35 / 15 Sentyabr 2026
101
23:34 / 15 Sentyabr 2026
197
23:25 / 15 Sentyabr 2026
58
23:19 / 15 Sentyabr 2026
176
23:01 / 15 Sentyabr 2026
561
23:00 / 15 Sentyabr 2026
73
22:52 / 15 Sentyabr 2026
267
22:46 / 15 Sentyabr 2026
326
22:37 / 15 Sentyabr 2026
77
22:33 / 15 Sentyabr 2026
654
22:26 / 15 Sentyabr 2026
103
22:25 / 15 Sentyabr 2026
85
22:24 / 15 Sentyabr 2026
71
22:23 / 15 Sentyabr 2026
391
22:14 / 15 Sentyabr 2026
74
22:09 / 15 Sentyabr 2026
65
22:07 / 15 Sentyabr 2026
69
21:53 / 15 Sentyabr 2026
234
21:46 / 15 Sentyabr 2026
200
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.