“Ramiz Mehdiyev işi”ndə adı keçən Sərdar Cəlaloğlu danışdı - Özü açıqladı
15 Sentyabr 2026, 19:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
376
25.04.2024, 12:57
Xəbər verildiyi kimi, 1951-ci il təvəllüdlü Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
"Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin motivi, baş vermə səbəbi və mexanizmi, zərərçəkmiş şəxs barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən yayılması qanunvericiliklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar ictimailəşdirilib.
Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.
Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik", - məlumatda qeyd olunub.
01:42 / 16 Sentyabr 2026
141
00:03 / 16 Sentyabr 2026
131
23:59 / 15 Sentyabr 2026
68
23:36 / 15 Sentyabr 2026
226
23:35 / 15 Sentyabr 2026
101
23:34 / 15 Sentyabr 2026
197
23:25 / 15 Sentyabr 2026
58
23:19 / 15 Sentyabr 2026
176
23:01 / 15 Sentyabr 2026
561
23:00 / 15 Sentyabr 2026
73
22:52 / 15 Sentyabr 2026
267
22:46 / 15 Sentyabr 2026
326
22:37 / 15 Sentyabr 2026
77
22:33 / 15 Sentyabr 2026
654
22:26 / 15 Sentyabr 2026
103
22:25 / 15 Sentyabr 2026
85
22:24 / 15 Sentyabr 2026
71
22:23 / 15 Sentyabr 2026
391
22:14 / 15 Sentyabr 2026
74
22:09 / 15 Sentyabr 2026
65
22:07 / 15 Sentyabr 2026
69
21:53 / 15 Sentyabr 2026
234
21:46 / 15 Sentyabr 2026
200
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.