Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda DƏHŞƏT – Arvadını balta ilə ÖLDÜRDÜ

Azərbaycanda DƏHŞƏT – Arvadını balta ilə ÖLDÜRDÜ

KRİMİNAL

334

22.04.2024, 14:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gədəbəydə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elməddin Abdullayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Oxu24.com pravda.az-a istinadla bildirir ki, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 22-nə təyin edilib.

 

Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

 

O, cəzasının yüngülləşdirilməsini istəyir.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 6 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Gədəbəy rayonunun Şəkərbəy kəndində qeydə alınıb.

 

Belə ki, həmin gün 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin balta ilə çoxsaylı xəsarət yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Məhkəmədə Elməddin Abdullayev ifadəsində bildirib ki, arvadını ona xəyanət etməsindən şübhələndiyi üçün öldürüb.