Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qızıl oğrusu ələ keçdi - Heç kimin ağlına gəlməyəcək plan qurub

Bakıda qızıl oğrusu ələ keçdi - Heç kimin ağlına gəlməyəcək plan qurub

KRİMİNAL

1181

06.03.2019, 12:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Bakıda zərgərlik mağazalarından qeyri-adi üsulla oğurluq edən şəxs həbs edilib.
Oxu.Az-ın məlumatına görə, Bakıda bir ay ərzində Mərkəzi Univermaq və Moskva Univermağından qızıl-zinət əşyaları oğurlayan 1994-cü il təvəllüdlü Murad Mehman oğlu Əbdürrəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Murad Əbdürrəhimov qızıl-zinət əşyaları satılan mağazalarla əlaqə saxlayaraq, seçdiyi bir neçə brilyant qaşlı boyunbağını evinə çatdırmasını xahiş edib. Sifariş ünvana gətirilən zaman oğru kirayə götürdüyü avtomobillə təyin etdiyi ünvana gedib. Maşının açarını həmin kuryerə verərək, o qızılları həyat yoldaşına göstərənə kimi gözləməsini istəyib. Lakin Murad Əbdürrəhimov geri qayıtmayıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğru həbs olunub.