Qaynar xətt:

(+99450) 247 90 86

Polis onları Beyləqanda tutdu

Polis onları Beyləqanda tutdu

KRİMİNAL

399

09.04.2024, 10:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a verilən məlumata görə onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb. Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Miri