Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Baş Prokurorluq Quliyevlər ailəsində baş verən dəhşətli hadisə ilə bağlı açıqlama yaydı

TƏCİLİ! Baş Prokurorluq Quliyevlər ailəsində baş verən dəhşətli hadisə ilə bağlı açıqlama yaydı

KRİMİNAL

546

05.04.2024, 23:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Aprelin 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Aygül Quliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Binəqədi rayon Prokurorluğundan Oxu24.com-a verilən məlumata görə, araşdırmalarla 1979-cu il təvəllüdlü Rəşad Quliyevin Binəqədi rayonu, Cavadxan küçəsi ərazisində yerləşən evlərdən birində şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirərək arvadı Aygül Quliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. R.Quliyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir. Nigar