Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10161
az

''Oğru'' dünyasının qanunları və ən məşhur üzvlərinin QƏRİBƏ MƏZARLARI

17:0521 Fevral, 2019
1662
KRİMİNAL
  • A
 

Qanuni oğru və ya qanunda oğru (rus. Вор в законе) — dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir.

Oxu24.com  saytı  bu aləmlə bağlı daim diqqət mərkəzində olan məqaləni oxuculara təqdim edir:

Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar, və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Stalin istənilən siyasi müxalifətdən qorxduğu üçün, qanunu oğru institutunu yaranmasında maraqlı idi.

Bütün məhkumlar tərəfindən riayət olunmalı məcəllə

Bütün məhkumlar tərəfindən riayət olunmalı məcəllədəki əsas müddəalar aşağıdakılardır:

{banner_reklam}

Məhkum qəti şəkildə xəbərçilik etməməlidir. Ən əsası da hakimiyyət təmsilçisinə. Adi bir xəbərçilik həmin məhkumun sonradan "stukaç" ləqəbi ilə ömürlük damğalanmasına səbəb olacaq.
Dustaq yoldaşları arasında dedi-qodu ilə məşğul olmaq və heç kimə şər atmaq olmaz. Bu çox böyük səhvdir.
Oğurluq etmək, xüsusən də dustaq yoldaşının ərzağını oğurlamaq olmaz. Ya da ərzaq gizlətmək olmaz. Bu əməli törədənlər "srok"unun sonunacan "krısa" adlanırlar.
Fiziki gücündən istifadə edərək heç kimə, xüsusən də zəif dustaqlara əl qaldırmaq, özünü "baklanlığa" qoymaqdır.
Cəza çəkdiyi inzibati binada işləməməlidir. Xüsusən də "ment"lərin görəcəyi işləri görməməlidir. Yoxsa ömrü boyu "kozyol" damğasına sahib olar.
Qumarda və digər pullu oyunlarda uduzduqda borclu qalmamaq lazımdır. Əks halda hamı onu "fuflo" adlandıracaq.
Kiminləsə cinsi əlaqədə olmaq olmaz, əks halda "pedor" ayaması ondan əksik olmayacaq. Ümumiyyətlə, "pedor"la heç vaxt kontakt yaratmaq, onlarla oturub-durmaq, onlara əl vermək, salamlaşmaq olmaz.
Qeyri-insani əməllərdən də çəkinmək lazımdır, yoxsa məhkum yoldaşları onu "qad" deyə çağıracaqlar.
Məhkumluqda şəxsi rifahı naminə məişət işləri ilə də məşğul olmaq olmaz, yoxsa ona "şustryak", "şnır" deyəcəklər.
Yuxarıdakı göstərdiklərimiz özünəməxsus məcəllədən nümunələrdir. Bu məqamları pozan şəxslər həm də ümumi "Qanun"a qarşı çıxanlardır, onun müddəalarını pozanlardır. Bu hərəkət məhkumlar arasında "fahişəlik" kimi qiymətləndirilir. "Fahişəlik" isə ölümlə belə cəzalandırıla bilər.

Oğru qanunları

Oğru qanunlarının dəstəklənməsi və ona sadiqlik;
Hüquq-mühafizə orqanları ilə hər hansı bir əlaqənin qurulmasına yol verməmək;
Bir-birinə münasibətdə düz olmaq;
Öz sıralarına yeni üzvləri, xüsusilə gəncləri cəlb etmək;
Siyasi fəaliyyətlə məşğul olmamaq;
Kart oynamağı mütləq bacarmaq.

Həbsxana qanunları

"Obşak"ın payını ayırmaq;
Qanuni oğruya əl qaldırmamaq;
Böyüklərə hörmət etmək;
Valideynlərə hörmət etmək;
Satqınlara qarşı barışmaz münasibət nümayiş etdirmək;
Sübutsuz ittiham irəli sürülməsinə qadağa qoyulması;
Hər hansı bir formada təhqir etməyə qadağa;
Söyüşə qadağa.

Mənbə: Enter.News









Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ