Həyat yoldaşının adına kredit olanlar üçün VACİB XƏBƏR: Bu halda sizin də məsuliyyətiniz yaranır
09 İyul 2025, 22:46
Qaynar xətt:
(+99450) 247 90 86"Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi" — Baba Vəziroğlu ilə "Nigaranam" ətrafında MÜSAHİBƏ
AKTUAL
3726
16.07.2025, 11:23
Kəmaləddin Heydərov yazdı,Aygün Kazımova oxudu – Baba Vəziroğlu həmin tarixçədən DANIŞDI
Son günlər sosial şəbəkələrdə "Səndən nigaranam" mahnısının trend olması müşahidə olunur.Tiktok platformasında bir çox istifadəçilər xalq artisti Aygün Kazımovanın ifasında olan bu mahnının sədaları altında paylaşımlar edirlər.
Oxu24.com sosial şəbəkələrdə yenidən viral olan "Səndən nigaranam" mahnısının tarixçəsi barədə araşdırma edib.
Məlumat üçün qeyd edək ki, mahnının musiqisi fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. O,bəstələrini "Kamal" təxəllüsü ilə dinləyicilərə təqdim edir.
Bəs,Kəmaləddin Heydərov bu mahnını necə ərsəyə gətirib?
Bu suallara cavab tapmaq məqsədi ilə Oxu24.com saytının əməkdaşı mahnının sözlərinin müəllifi olan nəğməkar şair Baba Vəziroğlu ilə müsahibə alıb.
Sözügedən müsahibəni təqdim edirik:
-Baba müəllim,istərdim ki, dünyaya səs salan ortaq işinizin tarixçəsindən danışaq."Səndən nigaranam" necə yarandı?
- Bizim Kamal müəllimlə bildiyiniz kimi sıx əməkdaşlığımız var.Qayda belədir ki,Kamal müəllim melodiyanı yazır.Həmin melodiyanın üzərində mən sözləri yazıram.Bu, mahnı da belə oldu.Bir gün Kamal müəllim mənə melodiyanı təqdim etdi.Elə ilk andan melodiya məni tutdu.Mahnı 2000-ci illərin əvvəlində yarandı.Demək olar ki,təqdim olunduğu gündən dinləyicilər tərəfindən sevgi ilə qarşılandı. Daha sonra mahnının məşhurluğu sərhədləri də aşdı.
- Mahnının ilk ifaçısı xalq artisti Aygün Kazımova olub.Niyə məhz A.Kazımova.Bu kimin istəyi oldu?
- Bəli,mahnını ilk olaraq Aygün xanım ifa edib.İlk dəfə mahnı "Muğam"mərkəzində mənim yaradıcılıq gecəmdə Aygün Kazımovanın ifasında təqdim olundu.Daha sonra Aygün Kazımova onu öz albomuna əlavə etdi. Mahnı çox populyarlıq qazandı.Qaldı ki,mahnının niyə məhz Aygün xanıma verilməsi sualına... Bu işlərə Kamal müəllim özü baxır. Həmişə də uğurlu seçimlər edib. Kamal müəllim özü istəmişdi ki,mahnını Aygün xanım ifa etsin...
- Dediniz ki,seçimləri Kamal müəllim özü edir. Bəs,bu mahnılara görə qonarrar ödənilirmi?Bu işlər necə həll olunur?
- Kamal müəllim bütün mahnıları müğənnilərə ödənişsiz təqdim edir. O,yaradıcı insandır.Bəstələr də içdən gələn əsərlərdir.Bu mahnıya görə də,Aygün xanımdan ödəniş alınmayıb.Mən də indiyə kimi müğənnilərdən mahnıya görə ödəniş almamışam.Əvvəllər bu qayda fərqli idi. Ödənişi bəstəkara,şairə dövlət özü edirdi.İndi yanaşma tam fərqlidir.
Həmçinin oxuyun
-Mahnı dünyaya çıxdı.Bunu kimin adına yazmaq olar?
-Bir gün bizə məktub gəldi ki, Özbəkistanın və Azərbaycanın xalq artisti Nəsibə Abdullayeva Aygün Kazımovanın diskindən mahnını dinləyib.Çox bəyəndiyi üçün özü də "Nigaranam"ı ifa edib. Bizə həmin ifanı göndərdilər.Həm Kamal müəllim, həm də mən çox bəyəndik bu ifanı.Nəsibə xanım mahnını tam olaraq başqa formada,öz stilində oxumuşdu. Bu ifadan sonra mahnı dünyada məşhurlaşdı.Müxtəlif dillərdə,müxtəlif musiqi alətlərində yayıldı.
-Nəsibə xanımla bu ifadan sonra görüşünüz oldumu?
-Bəli,Azərbaycana gəlmişdi.Görüşümüz oldu,onu rayonlarımızdan birinə qonaq dəvət etdik.Çox səmimi görüş oldu.
- Etiraf edim ki, sözügedən mahnı,hətta mən onu əsər də adlandırardım...Mənim ən çox dinlədiyim mahnılardan biridir.Kimin ifasında desəniz,mən bu mahnını sevərəm.Bəs,sizin yanaşmanız necədir? "Səndən Nigaranam"-ı kim daha yaxşı oxuyub?
-Bu suala tam səmimi olaraq cavab verirəm ki,hamısı... Çünki,hərənin öz boğazı,öz səsi,öz yanaşması var.Mən həqiqətən də onları seçə bilmərəm.Hamısı yaxşı ifa edib.
-Kamal müəllimlə əməkdaşlığınız hər zaman belə uğurlu alınır?
-Kamal müəllimlə uğurlu iş birliyimiz çoxdur.Mahnıları da demək olar ki,bütün Azərbaycan bilir.Bu əməkdaşlıqda cənab Prezidentin qızı Leyla xanımın da rolu var.Kamal müəllimin Leyla Əliyevanın babası,ümumilli lider Heydər Əliyevə həsr etdiyi şeirə yazdığı musiqi böyük sevgi qazandı.Söhbət xalq artisti Ağadadaş Ağayevin ifa etdiyi "Dön geri" mahnısından gedir. Bu şeiri Leyla xanım rus dilində yazmışdı.Mənə təqdim olundu ki,tərcümə edim və Kamal müəllimin bəstəsinə uyğun sözləri təqdim edim.Birlikdə işlədik.Dinləyicilərdən aldığımız mesajlara görə,mahnı çox uğurlu olub. İndiki dillə desək,trend olub.Leyla xanım özü də eşidəndə çox təsirlənmişdi...
-Baba müəllim,sonda yenə qayıdaq "Nigaranam"a. Baba Vəziroğlu kimdən nigarandır ki,bu qədər təsirli sözləri yaza bilib?
Baxın,bizim millət,bizim Xalq həssasdır.Biz bir-birimizə çox bağlıyıq.Nigarançılıq təkcə doğmaların bir-birinə olan yaşadıqları anlar deyil.Mən,misal üçün kəndimizdən,hətta orada yerləşən yaxınlarımın məzarlarından və s. nigaran ola bilərəm.Bu hissi ürəkdən yaşadığım üçün,sizin təbirinizcə desək,belə bir uğurlu sözlər alınıb... Qeyd edim ki, bu gün şefin (Red- Baba Vəziroğlu iş prosesində Kamal müəllimi belə adlandırır) doğum günüdür. Mən fürsətdən istifadə edib,Kamal müəllimi təbrik edirəm.Ona cansağlığı arzu edirəm.Dinləyicilər bizdən yeni mahnılar gözləsinlər.İşlərimiz çoxdur.
-Baba müəllim,müsahibəyə görə Sizə təşəkkür edirəm.
-Buyurun,hər zaman belə mövzularda danışmaq mənə də xoşdur.
Müsahibəni apardı : Miri Məcidli
00:59 / 16 Avqust 2025
Tramp Putinlə üz-üzə - Video
27
23:32 / 15 Avqust 2025
Ümidini itirmişdi - İtmiş pul qabı 11 il sonra görün haradan tapıldı - FOTO
47
23:18 / 15 Avqust 2025
"Yaşayan Nostradamus"dan yeni qorxulu PROQNOZ
102
22:49 / 15 Avqust 2025
Putin Alyaskadadır - Yenilənib
89
22:32 / 15 Avqust 2025
"Əgər sammit pis keçərsə, çıxıb gedəcəyəm"
78
22:09 / 15 Avqust 2025
Zelenski Alyaska görüşündən gözləntilərini açıqladı
118
21:26 / 15 Avqust 2025
5 yaşayış məntəqəsində qaz kəsiləcək - 6 000 abonent qazsız qalacaq
44
20:17 / 15 Avqust 2025
Alyaskadakı görüşdə kimlər olacaq? - Siyahı
79
15:21 / 15 Avqust 2025
Donald Tramp 907-ci düzəlişi dayandırdı - TAM MƏTN
708
15:14 / 15 Avqust 2025
Trampın ambisiyaları Ağ Evdə üzə çıxdı
93
15:07 / 15 Avqust 2025
Almaniya Putin-Tramp görüşünün mümkün nəticələrini qiymətləndirir
96
14:56 / 15 Avqust 2025
Moldova Ukrayna hərbi təyyarələrini yerləşdirib
90
14:37 / 15 Avqust 2025
Ukraynaya görə Avropanın silah ehtiyatları tükənir
84
14:27 / 15 Avqust 2025
Timsah kişini parçaladı
85
14:17 / 15 Avqust 2025
Kiyev ABŞ-a etiraz edir
94
14:12 / 15 Avqust 2025
Alyaska görüşündən əvvəl qaz ucuzlaşdı
86
14:06 / 15 Avqust 2025
BOTAY – TÜRK DÜNYASININ ORTAQ MƏDƏNİYYƏTİ
89
14:01 / 15 Avqust 2025
Hizbullah silahlarından əl çəkməyəcək
83
13:58 / 15 Avqust 2025
Çində həbs olunan yüksək vəzifəli məmurlar: Pekin susur
87
13:47 / 15 Avqust 2025
İstanbulda güclü ZƏLZƏLƏ OLACAQ?
94
13:21 / 15 Avqust 2025
Baş Prokurorluq Qurban Məmmədov və Tural Sadıqlı ilə bağlı açıqlama yaydı: avqustun 20-dən etibarən...
1003
13:18 / 15 Avqust 2025
El País: Avropa və Kiyev Rusiya prezidentinin Amerika lideri üzərində qələbə qazanacağından qorxur
83
13:08 / 15 Avqust 2025
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
702
12:48 / 15 Avqust 2025
Azərbaycanın ən varlı qadınının tənha məzarından REPORTAJ — VİDEO
1067
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.