Azərbaycan neftinin qiyməti 126 dolları keçib
31 Oktyabr 2026, 10:24
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
815
01.04.2022, 12:24
Təhsil inkişafına və gənclərin karyera inkişafına böyük önəm verən "Kapital Bank" ASC ali məktəb tələbələri üçün yeni layihəyə başladı. Bu dəfəki layihədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edib, qalib ola bilərlər.
Şərtlərə görə komanda şəklində yığılan tələbələr maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparacaqlar. Layihə çərçivəsində toplanan ideyalar daxili ekspert qrupu tərəfindən dəyərləndiriləcək və hər birində maksimum 3 nəfər olmaqla ümumilikdə 15 komanda növbəti mərhələyə adlayacaq.
Layihənin sonunda qalib gələn komanda xüsusi sertifikat və pul mükafatı ilə təltif olunacaqlar, həmçinin ölkə üzrə ən çox sayda əməkdaşı olan "Kapital Bank"da təcrübə proqramı keçmək şansı qazanacaq. 10 aprel 2022-ci il tarixinədək ideyalarını təqdim etmək istəyənlər saytında olan formanı dolduraraq, müraciət edə bilərlər. Layihə ilə bağlı sualları mailinə ünvanlamaq olar.
"Kapital Bank" həm ADA, həm də UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində hər iki ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramlı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün ötən ay "PAŞA Holdinq" MMC ilə birgə “PASHA HACKATHON” layihəsi keçirilib. Bu kimi layihələr gənclərin karyera inkişafına müsbət töhfə verir.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , "BirKart" sifarişi üçün – .
11:09 / 01 Noyabr 2026
1
11:03 / 01 Noyabr 2026
22
11:01 / 01 Noyabr 2026
28
11:00 / 01 Noyabr 2026
30
10:07 / 01 Noyabr 2026
7
09:05 / 01 Noyabr 2026
10
23:55 / 31 Oktyabr 2026
3129
23:52 / 31 Oktyabr 2026
423
23:44 / 31 Oktyabr 2026
623
23:22 / 31 Oktyabr 2026
142
22:59 / 31 Oktyabr 2026
300
22:32 / 31 Oktyabr 2026
2376
22:31 / 31 Oktyabr 2026
209
21:19 / 31 Oktyabr 2026
157
21:09 / 31 Oktyabr 2026
157
20:59 / 31 Oktyabr 2026
4789
20:51 / 31 Oktyabr 2026
304
20:46 / 31 Oktyabr 2026
171
20:37 / 31 Oktyabr 2026
154
20:33 / 31 Oktyabr 2026
205
20:25 / 31 Oktyabr 2026
127
19:58 / 31 Oktyabr 2026
524
19:44 / 31 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.