Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4686
az

Azərbaycana yeni xarici bank gəlir

10:1223 Avqust, 2018
676
İQTİSADİYYAT
  • A
 Qazaxıstanın "Avrasiya" Bankı Azərbaycan bazarına çıxmağa maraq göstərir.


Bunu Trend-ə müsahibəsində bankın İdarə heyətinin sədri Pavel Loginov deyib.


P.Loginovun sözlərinə görə, eyni zamanda, bank üçün hazırda prioritet Qazaxıstan bazarında inkişaf və sağlamlaşdırma proqramı çərçivəsində şərtlərin tezliklə icra olunmasıdır:


"Ötən il biz yeni inkişaf strategiyası qəbul etdik və əsas diqqəti pərakəndə biznesə yönəltdik. Biz bu istiqamətin inkişafında böyük potensial görürük, ona görə də ölkə daxilində yeni modeli işə salmaq istəyirik. Bundan sonra yeni bazarları fəth etməyə yönələ bilərik".


O qeyd edib ki, xarici ölkələr arasında bank ciddi şəkildə Özbəkistan bazarını və bu bazara daxil olmaq üçün biznes modelini öyrənir:


"Daha sonra biz Qırğızıstan və Azərbaycan bazarlarına çıxış imkanlarını öyrənəcəyik. Biz bu bazarlara çıxış planlarından imtina etməmişik. Böyük diqqətlə bu bazarları izləyirik və bu regionlarda inkişaf imkanlarını öyrəndikdən sonra həmin bazarlara çıxmağı planlaşdırırıq". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəldi

Bu şirkət Azərbaycan bazarını tərk edir
Azərbaycan nefti bahalaşdı -Son qiymət

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb