“Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır”.
Oxu24.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, növbəti mərhələdə qaz, su və işıq bahalaşacaq: "Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır. İşığın qiymətinin artımını Mingəçevirdəki yanğın ertələdi, ancaq baş verəcək. Qaza da, suya da növbə çatacaq", - deyə Samir Əliyev bildirib.
Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə nəqliyyat və metroda gediş haqqı 50 faiz bahalaşıb. Oxu24.com
ŞƏRHLƏR