Rayonlarda kombayn çatışmazlığı fermerlər üçün ciddi problem yaradır.
Oxu24.com xezerxeber.az-a istinadən bildirir ki, taxıl vaxtında biçilmədiyi üçün məhsuldarlıq ildən-ilə aşağı düşür. Odur ki, fermerlər yaranmış vəziyyətdən narahatdır.
Təsərrüfat sahibləri deyir ki, özləri texnika almaq çox baha başa gəlir. Çünki gəlirləri texnika almağa imkan vermir.
Amma kifayət qədər geniş torpaq sahəsinə malik olan fermerlərin təsərrüfatlarında lazımi kənd təsərrüfatı texnakaları var.
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Mərkəzi Avropa ölkələrində fermerlər birləşərək iri kooperativlər şəklində fəaliyyət göstərirlər. Belə olan halda lazım olan texnikaları birgə ala bilirlər. Başqa bir təcrübə isə femrlerə uzunmüddətli və faizsiz kreditlərin verilməsidir. Məsələn, ABŞ-da kiçik sahibkarlara 15 il müddətinə kreditlər verilir və fermer 7 il sonra krediti ödəməyə başlayır.
Qeyd edək ki, fermerlərin iri kooperativlər şəklində fəaliyyət göstərməsi məsələsi ölkəmizdə də müzakirə olunur.
Oxu24.com
ŞƏRHLƏR