Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda elektrik enerjisinin verilişi bərpa olunur - Rəsmi

2018-07/1530643868_isiq.jpg

İQTİSADİYYAT

1068

03.07.2018, 22:50

\"\" \"Ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir”.  
Oxu24.com xəbər verir ki, bu barədə Energetika Nazirliyi və \"Azərenerji” ASC-nin birgə yaydığı operativ məlumatda qeyd olunub.   \"Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilib. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur. Problemin tam həlli üçün  zəruri tədbirlər  davam etdirilir”, - deyə bildirilib.