Sahil Babayev tapşırıqlar verdi -FOTOLAR
20 Noyabr 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
657
11.02.2020, 12:53
Strateji inkişaf planını uğurla yerinə yetirmək üçün kadr potensialını gücləndirən Azərbaycan Beynəlxalq Bankında yeni təyinat baş verib.
Bankdan Oxu24.com-a verilən məlumata görə, Nihat Şənyuva bankın Baş informasiya inzibatçısı vəzifəsinə təyin edilib.
1977-ci il təvəllüdlü Nihat Şənyuva 2000-ci ildə Türkiyənin Ege Universitetindən Kompüter mühəndisliyi ixtisası üzrə məzun olub. 2009-cu ildə isə Yeditepe Universitetində MBA dərəcəsi alıb.
O, 2002 –2011-ci illərdə "Yapi Kredi Bank"da, 2011-2016-cı illərdə "Yapı Kredi Azərbaycan"da müxtəlif vəzifələrdə çalışıb. Bankın İnformasiya texnologiyaları departamentinin rəhbəri, daha sonra İT üzrə baş direktoru olub.
Azərbaycan Beynəlxalq Bankı komandasına qoşulmazdan əvvəl "Yapı Kredi Bank"ın törəmələri olan "Yapı Kredi Bank Azərbaycan", "Yapı Kredi Bank Niderland", "Yapı Kredi Bank Malta" banklarında, "Yapı Kredi Factoring", "Yapı Kredi Leasing", "Yapı Kredi Asset Management" təşkilatlarında İT və rəqəmsal transformasiya üzrə məsul rəhbər vəzifəsində çalışıb.
Azərbaycan Beynəlxalq Bankının 2022-ci ilə qədər qarşıya qoyduğu əsas hədəflərdən biri innovativ həllərin geniş tətbiqi, mükəmməl rəqəmsal təcrübənin formalaşdırılmasıdır. Bank hazırda bu istiqamətdə ardıcıl layihələr həyata keçirir. Nihat Şənyuva Azərbaycan Beynəlxalq Bankında İT və rəqəmsal transformasiya proseslərinə rəhbərlik edəcək.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
23:06 / 20 Noyabr 2026
25
22:45 / 20 Noyabr 2026
60
22:35 / 20 Noyabr 2026
60
22:22 / 20 Noyabr 2026
75
22:01 / 20 Noyabr 2026
92
21:52 / 20 Noyabr 2026
82
21:48 / 20 Noyabr 2026
84
21:21 / 20 Noyabr 2026
94
20:50 / 20 Noyabr 2026
131
20:40 / 20 Noyabr 2026
175
20:33 / 20 Noyabr 2026
116
20:25 / 20 Noyabr 2026
238
20:25 / 20 Noyabr 2026
123
20:20 / 20 Noyabr 2026
122
20:18 / 20 Noyabr 2026
114
20:06 / 20 Noyabr 2026
114
20:02 / 20 Noyabr 2026
802
20:01 / 20 Noyabr 2026
108
19:50 / 20 Noyabr 2026
137
19:50 / 20 Noyabr 2026
115
19:46 / 20 Noyabr 2026
121
19:37 / 20 Noyabr 2026
156
19:37 / 20 Noyabr 2026
1371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.