Qaynar xətt:

(+99450) 247 90 86

“Qaçqınkom”da yenilik: bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...

“Qaçqınkom”da yenilik: bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...

İQTİSADİYYAT

1602

26.05.2018, 17:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Ermənistanın işğalçılıq siyasəti nəticəsində köçkün düşmüş 1 milyondan artıq  azərbaycanlının mənzil və məişət şəraitinin yaxşılaşması üçün dövlət tərəfindən müxtəlif addımlar atılır.
Həyata keçirilən tədbirlər ilk növbədə, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Amma bu günə qədər məcburi köçkünlərə dövlət tərəfindən verilən mənzillərlə bağlı qara məqamlar olduğu kimsəyə sirr deyil, bunu bilməyən yoxdur.
Oxu24.com xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, \"Qaçqınkom”da son dəyişiklikdən sonra baş verən neqativlərin qarşısının alınması istiqamətində mühüm tədbirlər görülür. Belə ki,  hazırkı rəhbərliyin göstərişi ilə bütün məcburi köçkünlərə məlumat verilib və xüsusi xəbərdarlıq edilib ki, mənzillərin verilməsi zamanı kimsə  onlardan bir manat belə vəsait tələb etsə, həmin adam barədə dərhal məlumat versinlər. Bununla bağlı \"Qaçqınkom”un bütün əməkdaşlarına isə  xəbərdarlıq edilib. Bu hallara yol verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Məsələdən xəbərdar olan köçkünlər sevinc içindədirlər. Bundan sonra hər şey ədalətli şəkildə həll ediləcək. Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov modern.az saytına danışarkən  \"Qaçqınkom”un yeni rəhbərliyinin etimadları doğruldacağını deyib: \"Açığı, məcburi köçkünlərə uzun illər ərzində mənzil verilən zaman kimdənsə pul alınması faktı ilə rastlaşmamışam. Hansısa məcburi köçkün belə hallarla qarşılaşıbsa, şikayət etməli və ya məlumat verməlidir. Digər tərəfdən bilirsiniz ki, \"Dövlətqaçqınkom”da rəhbərlik dəyişdi, cənab Prezident tərəfindən yeni sədr təyin olundu. Yeni sədr Rövşən Rzayevi deputat fəaliyyəti dövründə tanıdığım müddətdə onu fəal, vətənpərvər, dövlətçi, bacarıqlı biri kimi tanımışam. Bu baxımdan əminliklə deyə bilərəm ki, Rövşən Rzayev bu təyinatda etimadı doğruldacaq”. Deputat hesab edir ki, Rövşən Rzayevin sədrliyi dövründə komitənin fəaliyyətində hər hansı neqativ hala yol verilməyəcək: \"Təbii ki, Rövşən Rzayev gənc kadrdır, yeni təyinatdır və o da özünəməxsus üsullarla idarəetməni apararaq cənab Prezidentimizin ona  göstərdiyi etimadı doğruldacaq. Hamıya məlumdur ki, qaçqın, məcburi köçkün kateqoriyasına aid olan insanlarımız çoxsaylı problemlərlə üzləşirlər. Mənzil-məişət, iş, təhsil, sağlamlıq şəraiti və.s kimi məsələlər çoxdur. Bu problemlərin həlli ulu öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin dövründən tədricən davam edir. Mən də bir məcburi köçkün kimi istərdim ki, bu problemlərin ən yüksək səviyyədə yekun  nəticəsi  olsun. Bu da o zaman olacaq ki,  biz torpaqlarımızı işğal altından azad edəcəyik , bütün köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar. Ölkə başçısı məcburi köçkünlərin bütün problemlərinə hər zaman diqqət göstərib. 2003-cü ildən bu günə qədər 90-dan çox irili-xırdalı, müxtəlif tipli  qəsəbələr salınıb, 300 minə yaxın məcburi köçkün mənzillərlə təmin olunub.Təbii ki, \"Dövlətqaçqınkom”, onun rəhbərliyi cənab Prezidentin tapşırıqlarını hər zaman yüksək səviyyədə yerinə yetirir və bundan sonra da belə olacaq. Biz də arzu edirik ki, bu sahədə heç bir mənfi halla qarşılaşmayaq, xoşagəlməz fikir eşitməyək”.
Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

16:07 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

64

0
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

15:57 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

64

0
Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

15:50 / 06 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

71

0
Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

15:44 / 06 Oktyabr 2026

TİBB TİBB

Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

86

0
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

15:39 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

77

0
Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

15:20 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

157

0
Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

15:19 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

168

0
Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

15:16 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

248

0
Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

15:05 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

82

0
Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

15:00 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

81

0
Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb 

14:34 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb 

80

0
İran metrosunda şəkli vurulan ermənilər KİMLƏRDİR?

14:24 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

İran metrosunda şəkli vurulan ermənilər KİMLƏRDİR?

152

0