Neftimiz UCUZLAŞDI
10 Oktyabr 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
621
01.09.2026, 16:00
Təhsil tələbə kreditləri müasir ali təhsil sistemində maliyyə əlçatanlığını təmin edən, insan kapitalının inşası və sosial bərabərliyin qorunması üçün strateji əhəmiyyətli sosial-iqtisadi alətdir.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Oxu24.com-a bildirib ki, bu mexanizm xüsusilə aztəminatlı ailələrdən olan gənclərin maddi imkansızlıq səbəbindən ali təhsildən kənarda qalmasının qarşısını almaqda əsas vasitələrdəndir. Məsələnin aktuallığını və gənclər üçün daşıdığı əhəmiyyəti nəzərə alaraq, müsahibin mövzu ilə bağlı geniş təhlillərini və səsləndirdiyi bütün fikirləri təqdim edirik.
İlqar Orucov qeyd edib ki, təhsil tələbə kreditləri dövlət və fərd arasında xərclərin bölüşdürülməsi modelinə əsaslanır və bir neçə fundamental imkan yaradır:
”Maddi imkanlarından asılı olmayaraq, istedadlı gənclərin yüksək reytinqli universitetlərə və ixtisaslara çıxışını təmin edir. Fərdlərin intellektual potensialını artırmağa, onların gələcəkdə əmək bazarına rəqabətqabiliyyətli şəkildə qoşulmasına və gəlir əldə etmək imkanlarını yüksəltməyə xidmət edir. Aşağı gəlirli ailələrdə olan tələbələrin sosial statusunun dəyişməsinə və cəmiyyətin daha üst təbəqələrinə inteqrasiyasına şərait yaradır.
Ali təhsil müəssisələrinin büdcə asılılığını azaldır, onların həm də tədqiqat və infrastruktur layihələrinin sərbəst maliyyələşməsinə kömək edir”.
Sistemin həm makroiqtisadi, həm də fərdi səviyyədə üstünlükləri ilə yanaşı, müəyyən institusional çətinlikləri də mövcuddur. Mütəxəssis bu istiqamətləri belə dəyərləndirib:
“Ödəmə yükünün uzun müddətə yayılması və təhsil müddətində güzəşt dövrünün təqdim edilməsi sistemin əsas üstünlüklərindəndir. Tələbədə maliyyə məsuliyyəti və müstəqillik hissi formalaşdırır, lakin mütəxəssislər gənc yaşda borc stresinin və gələcək qayğıların arta biləcəyini də qeyd edirlər.
Yaxşı oxuyan tələbələrin yüksək maaşlı iş tapmaq şansını artırsa da, bazarın konyukturundan asılı olaraq məzun işsizliyi zamanı borc riski yarana bilər”.
O bildirib ki, ABŞ və bəzi qərb ölkələrinin təcrübəsi göstərir ki, nəzarətsiz kreditləşmə milyardlarla dollarlıq sistem borcuna və iqtisadi problemlərə səbəb ola bilər. Tələbənin bitirdiyi ixtisas üzrə qazanacağı gəlir götürdüyü krediti ödəməyə çatmaya bilər. Kreditlərin əlçatan olması universitetlərin təhsil haqlarının süni şəkildə artmasına rəvac verə bilər.
İlqar Orucov vurğulayıb ki, təhsil tələbə kreditləri həm də tələbələr arasında yaxşı oxumağa motivasiya yaradan müsbət bir alətdir:
“Yaxşı oxuyan tələbə güzəştlər əldə edir, bu da onun gələcəkdə həm tələbə, həm də mütəxəssis kimi formalaşmasına təsir göstərir. Ailələr gələcəkdə həmin ixtisasın əmək bazarında tələbatını öncədən düşünərək addım atmalı, maliyyə savadlılığı nümayiş etdirməlidirlər.
Tələbə krediti sadəcə bir borc deyil, gələcəyin gəlirlərinə yatırılmış bir investisiya kimi qiymətləndirilməlidir”.
Müsahib qeyd edib ki, gənclər qərar verərkən mütləq şəkildə müəyyən addımlar atmalıdırlar:
”Seçilən ixtisasın əmək bazarındakı cari və gələcək trendləri, eləcə də gözlənilən başlanğıc maaşı mütləq analiz edilməlidir. Məzuniyyətdən sonra illik gəlirin 15%-dən çoxunun borca qarşılanmaması vacibdir.
Standart və sosial kreditlərin şərtləri (güzəşt müddəti, faiz dərəcəsi və subsidiyalaşdırma imkanları) dərindən incələnməlidir. Kredit son çarə olmalı, ilk olaraq daxili və xarici təqaüdlər, qrantlar və universitetlərdən təqdim edilən pulsuz təhsil imkanları araşdırılmalıdır”.
İlqar Orucov yekunda əlavə edib ki, təhsil tələbə kreditləri ölkəmizdə həssas ailələrdən olan, təhsil almaq istəyən gənclər üçün dövlətin yaratdığı unikal imkandır. Lakin bu sistemin uğuru yalnız kreditin verilməsindən deyil, həm də əmək bazarının şəffaflığından və tələbələrin maliyyə savadlılığından asılıdır. Məsuliyyətli borclanma strategiyası tətbiq edilmədikdə sistem fərdləri sosial-iqtisadi asılılığa sürükləyə bilər. Buna görə də düzgün yanaşma ilə həm tələbə, həm də dövlət üçün böyük qazanc əldə etmək mümkündür.
Çimnaz Telmanqızı
20:26 / 11 Oktyabr 2026
1
20:15 / 11 Oktyabr 2026
46
20:09 / 11 Oktyabr 2026
124
20:03 / 11 Oktyabr 2026
40
19:47 / 11 Oktyabr 2026
131
19:29 / 11 Oktyabr 2026
172
19:23 / 11 Oktyabr 2026
156
19:12 / 11 Oktyabr 2026
130
19:12 / 11 Oktyabr 2026
85
19:05 / 11 Oktyabr 2026
140
18:52 / 11 Oktyabr 2026
4440
18:46 / 11 Oktyabr 2026
92
18:37 / 11 Oktyabr 2026
66
18:13 / 11 Oktyabr 2026
133
18:08 / 11 Oktyabr 2026
82
17:57 / 11 Oktyabr 2026
80
17:52 / 11 Oktyabr 2026
115
17:40 / 11 Oktyabr 2026
75
17:28 / 11 Oktyabr 2026
76
17:24 / 11 Oktyabr 2026
120
17:10 / 11 Oktyabr 2026
104
16:55 / 11 Oktyabr 2026
198
16:46 / 11 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.