Azərbaycanda dollar erası bitir?
13 May 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
76
13.05.2026, 22:05
Dünya iqtisadiyyatında baş verən sürətli dəyişikliklər və texnologiyanın inkişafı iş həyatını kökündən yeniləyir. Köhnə peşələr öz əhəmiyyətini itirdikcə, yeni bacarıqlara olan ehtiyac ön plana çıxır. Artıq peşə seçimi gənclər üçün sadəcə iş tapmaq deyil, həm də gələcəyə hesablanmış strateji addımdır. Rəqəmsallaşma həm ölkə daxilində, həm də dünyada əmək bazarına çıxış şərtlərini yenidən müəyyən edir.
Oxu24.com məsələ ilə bağli iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, hazırda Azərbaycanda ən gəlirli sahələr arasında dövrün tələblərinə uyğun bir sıra mühüm istiqamətlər yer alır:
"Bunlar xüsusilə enerji, maliyyə-bank sektoru, informasiya texnologiyaları, telekommunikasiya, logistika, tikinti və səhiyyə sahələridir. Xüsusilə rəqəmsal iqtisadiyyatın genişlənməsi və beynəlxalq layihələrin artması əmək bazarında maaş balansını ciddi şəkildə dəyişib. Bir 30 il əvvəlki planlı iqtisadiyyat dövründə və hətta 15 il əvvəl əmək bazarında tələb olunan peşələr bu gün tədricən öz yerini yeni sahələrə verir.
Bunun əsas səbəblərindən biri rəqəmsal transformasiyadır. Şirkətlər proseslərini avtomatlaşdırır, ERP sistemləri tətbiq edir, data əsaslı idarəetməyə keçir və texnoloji bacarıqlara daha çox üstünlük verir. Nəticədə müasir bacarıqlara sahib peşəkarların sayı bazarda hələ də kifayət qədər deyil. Xüsusilə cloud texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik sahələrində ciddi boşluqlar mövcuddur.
Bu tendensiyalar beynəlxalq əmək bazarına çıxış imkanlarına da birbaşa təsir edir. Azərbaycanda isə bu istiqamətdə ehtiyac daha çox neft-qaz sektoru, logistika, maliyyə və bankçılıq sahələrində özünü göstərir. Əgər Zəngəzur dəhlizinin açılması ilə bağlı planlar reallaşarsa, ölkədə ən çox tələb olunan peşələrdən biri də logistika mütəxəssisləri olacaq",- deyə ekspert qeyd edib.
Ekspert bildirib ki, bu dəyişikliyin əsas hərəkətverici qüvvəsi rəqəmsal transformasiyadır. Şirkətlərin öz işlərini avtomatlaşdırması və data əsaslı idarəetməyə keçməsi texnoloji bacarığı olan kadrları daha cəlbedici edir. Buna baxmayaraq, bazarda bulud texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik üzrə mütəxəssis qıtlığı hələ də hiss olunmaqdadır.
Bu meyillər Azərbaycanın beynəlxalq əmək bazarına inteqrasiyasına da təsir göstərir. Ölkə daxilində neft-qaz, maliyyə və logistika sahələrinə tələbat yüksək olaraq qalır. Xüsusilə Zəngəzur dəhlizinin açılması ehtimalı logistika mütəxəssislərini yaxın gələcəyin ən axtarılan peşə sahiblərinə çevirə bilər.
Yəni, texnologiyanın inkişafı ilə əlaqədar bəzi köhnə peşələr sıradan çıxır, əvəzində kompüter texnologiyaları, logistika və müasir bankçılıq kimi sahələrdə yüksək maaşlı iş imkanları yaranır.
23:53 / 13 May 2026
156
23:36 / 13 May 2026
99
23:05 / 13 May 2026
367
23:05 / 13 May 2026
71
23:03 / 13 May 2026
57
23:00 / 13 May 2026
121
22:57 / 13 May 2026
54
22:55 / 13 May 2026
59
22:53 / 13 May 2026
47
22:38 / 13 May 2026
189
21:30 / 13 May 2026
85
21:29 / 13 May 2026
105
21:22 / 13 May 2026
74
21:16 / 13 May 2026
73
21:15 / 13 May 2026
83
21:10 / 13 May 2026
70
21:09 / 13 May 2026
100
21:04 / 13 May 2026
68
20:58 / 13 May 2026
821
20:42 / 13 May 2026
86
20:32 / 13 May 2026
92
20:19 / 13 May 2026
109
20:03 / 13 May 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.