Azərbaycan banklarının xalis xarici aktivləri 20%-dən çox artıb
29 Sentyabr 2026, 14:40
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
2394
04.05.2026, 22:56
“Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu proses 1 milyon 100 mindən çox vətəndaşı əhatə edib”.
Oxu24.com bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.
V.Bayamovun sözlərinə görə, bu il işləyən pensiyaçıları daha fərqli və sərfəli mexanizm gözləyir. O qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:
"6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.
Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 9.3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa pensiyasına əlavə olunur.
Məsələn, vətəndaşımıza 1 may 2020-ci il tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat X 9.3 %) + 350 manat=1224.4 manat.
Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər".
16:05 / 29 Sentyabr 2026
12
15:54 / 29 Sentyabr 2026
38
15:44 / 29 Sentyabr 2026
161
15:41 / 29 Sentyabr 2026
52
15:10 / 29 Sentyabr 2026
57
14:56 / 29 Sentyabr 2026
71
14:40 / 29 Sentyabr 2026
52
14:21 / 29 Sentyabr 2026
128
14:18 / 29 Sentyabr 2026
41
14:15 / 29 Sentyabr 2026
66
14:08 / 29 Sentyabr 2026
97
14:00 / 29 Sentyabr 2026
61
13:58 / 29 Sentyabr 2026
63
13:45 / 29 Sentyabr 2026
193
13:40 / 29 Sentyabr 2026
61
13:36 / 29 Sentyabr 2026
51
13:25 / 29 Sentyabr 2026
282
13:24 / 29 Sentyabr 2026
203
13:22 / 29 Sentyabr 2026
150
13:18 / 29 Sentyabr 2026
67
13:10 / 29 Sentyabr 2026
57
13:04 / 29 Sentyabr 2026
256
12:52 / 29 Sentyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.