Qaynar xətt:

(+99450) 247 90 86

Bu çörəklər bahalaşdı - Siyahı 

Bu çörəklər bahalaşdı - Siyahı 

İQTİSADİYYAT

72

24.02.2026, 21:59

Fevral ayında pensiyaların indeksləşdirilərək, 9,3% artımla verilməsinin dərhal ardından ərzaq mağazalarında bahalaşma müşahidə edildiyi barədə məlumat vermişdik.

Oxu24.com  xəbər verir ki, bahalaşma artıq çörək və digər qida məhsullarında da özünü göstərir.

Standart zavod çörəyi hazırda 65 qəpik dəyərini qorusa da, digər təklif olunan bir çox çeşiddə qiymət artımı müşahidə olunur.

Hazırda qeydə aldığımız artımlardan bəziləri bunlardır:

1. Ev yuxası N1 - 1.30 manat (1,20 manat idi)

2. Yoğurt (şokoladlı) - 2,65 manat (2,54 manat idi)

3. Holland pendiri (cizb) - 4.75 manat (4,50 manat idi)

4. Möcüzə (qarğıdalı) yağı - 7.35 (ötən ay 5,90 manat idi)

5. Qənd (tək, sarma) - 2.05 manat (1,93 manat idi)

6. N1 Kəpəkli çörək - 1,15 manat (1 manat idi) və s.

Bahalaşma eyni zamanda meyvə-tərəvəzdə də özünü göstərir.