Bu ərazilərdə qaz OLMAYACAQ
02 Fevral 2026, 14:05
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
96
02.02.2026, 12:28
"Qlobal iqtisadiyyatdakı volatilliyə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində 2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. İqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri neft-qaz sektoru hesabına əldə edilməsidir. Bu o deməkdir ki, qeyri neft-qaz sektoru Azərbaycan iqtsiadiyyatının əsas drayverinə çevrilməkdədir. Belə ki, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb".
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olub: "Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir. Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi aparılan dərinləşmiş islahatların nəticəsidir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə 68 faizini formalaşdıracaq.
Yalnız ötən il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa ötən ilin ilk 11 ayında artım 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır".
Həmçinin oxuyun
Deputat bildirib ki, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək: "9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.
2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu 2026-cı ildə də sosial müdafiənin güclənməsi əsas prioritetlərdən olaraq qalacağından xəbər verir".(Publika.az)
15:45 / 02 Fevral 2026
21
15:34 / 02 Fevral 2026
86
15:30 / 02 Fevral 2026
30
15:29 / 02 Fevral 2026
45
15:20 / 02 Fevral 2026
34
14:56 / 02 Fevral 2026
44
14:49 / 02 Fevral 2026
62
14:38 / 02 Fevral 2026
57
14:24 / 02 Fevral 2026
52
14:09 / 02 Fevral 2026
74
14:05 / 02 Fevral 2026
65
13:58 / 02 Fevral 2026
173
13:45 / 02 Fevral 2026
83
13:36 / 02 Fevral 2026
67
13:31 / 02 Fevral 2026
920
13:25 / 02 Fevral 2026
70
13:15 / 02 Fevral 2026
67
13:05 / 02 Fevral 2026
80
12:59 / 02 Fevral 2026
90
12:53 / 02 Fevral 2026
91
12:42 / 02 Fevral 2026
93
12:36 / 02 Fevral 2026
72
12:18 / 02 Fevral 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.