Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
14 Noyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
842
02.02.2026, 14:49
Kupçası olmayan fərdi yaşayış evlərinə qaz, işıq və su xətlərinin çəkilməsində problemlərin yaranması bir çox vətəndaşın narazılığına səbəb olub. Xüsusilə, son illər tikilən evlərin sahibləri sənəd olmaması səbəbindən kommunal xidmətlərdən yararlana bilmədiklərini vurğulayırlar.
Məsələn, redaksiyamıza müraciət ünvanlayan paytaxt sakini 5 il əvvəl öz vəsaiti hesabına ev tikdiyini, lakin bu günə qədər qaz və işıqla təmin olunmadığını deyir. Onun sözlərinə görə, aidiyyəti qurumlar kupça tələb edir və əlavə olaraq xəttlərin çəkilməsi üçün 4-5 min manat civarında rüsum ödənməli olduğunu bildirirlər. Maddi imkanının buna çatmadığını deyən vətəndaş çıxılmaz vəziyyətdə qaldığını deyir.
Bəs, kupçası olmayan evlərə qaz, işıq və su xəttinin çəkilməsi nə dərəcədə qanunidir və bu vəziyyətdə illərdir sənədsiz yaşayan vətəndaşlar problemi necə həll etməlidir?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı bildirib ki, mövcud qanunvericiliyə əsasən, yaşayış yerinə kommunal xidmətlərin verilməsi üçün mülkiyyət hüququnu təsdiqləyən sənəd – yəni kupça və ya ona bərabər tutulan hüquqi sənədin olması mütləqdir.
“Hüquqi əsas olmadan tikilən evlərə qaz, su və işıq verilməsi artıq mümkün deyil. Əvvəllər müəyyən ünvanlar üzrə sənədsiz evlərə də bu xidmətlər göstərilirdi. Lakin qanunvericilikdə dəyişiklik edildikdən sonra bu praktika dayandırılıb”.
Mehman Muradlının sözlərinə görə, kommunal xətlərin çəkilməsi üçün tələb olunan rüsumlar da vətəndaşlar tərəfindən ödənilməlidir:
“Qazın, suyun və işığın həmin əraziyə çəkilməsi üçün infrastruktur xərcləri var və bunu dövlət qarşılamır. Hətta yeni tikilən çoxmənzilli binalarda belə sayğacların quraşdırılması və digər texniki işlərin pulu sakinlərdən yığılır”.
Hüquqşünas vurğulayıb ki, vətəndaşlar ilk növbədə tikili ilə bağlı hüquqi sənədləşməni aparmalı, mülkiyyət hüququnu rəsmiləşdirməlidirlər. Yalnız bundan sonra kommunal xidmətlər üçün müraciət etmək mümkün olur.
Qeyd edək ki, kupçasız tikililər problemi uzun illərdir aktual olaraq qalır və minlərlə ailə bu səbəbdən həm hüquqi, həm də sosial çətinliklərlə üz-üzədir.
09:30 / 14 Noyabr 2026
15
09:29 / 14 Noyabr 2026
62
09:23 / 14 Noyabr 2026
73
08:09 / 14 Noyabr 2026
1023
01:15 / 14 Noyabr 2026
153
00:40 / 14 Noyabr 2026
307
00:02 / 14 Noyabr 2026
1104
23:58 / 13 Noyabr 2026
161
23:49 / 13 Noyabr 2026
160
23:40 / 13 Noyabr 2026
166
23:28 / 13 Noyabr 2026
161
23:22 / 13 Noyabr 2026
153
23:17 / 13 Noyabr 2026
413
23:09 / 13 Noyabr 2026
180
23:05 / 13 Noyabr 2026
152
23:02 / 13 Noyabr 2026
325
22:53 / 13 Noyabr 2026
162
22:49 / 13 Noyabr 2026
155
22:41 / 13 Noyabr 2026
153
22:36 / 13 Noyabr 2026
176
22:18 / 13 Noyabr 2026
160
22:13 / 13 Noyabr 2026
154
22:03 / 13 Noyabr 2026
1185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.