Əmtəə bazarlarında qızılın qiyməti artıb
14 Noyabr 2026, 09:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
708
02.02.2026, 10:57
"Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edilib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qüvvədə olan qaydaya görə, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər:
səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;
beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar
Yeni qərara əsasən, fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən mobil cihazların gömrük dəyəri yuxarıdakı müddəalarla müəyyən edilmiş bir aylıq həddən artıq olduğu halda ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçiriləcək.
09:46 / 14 Noyabr 2026
1
09:30 / 14 Noyabr 2026
41
09:29 / 14 Noyabr 2026
82
09:23 / 14 Noyabr 2026
80
08:09 / 14 Noyabr 2026
1092
01:15 / 14 Noyabr 2026
153
00:40 / 14 Noyabr 2026
310
00:02 / 14 Noyabr 2026
1124
23:58 / 13 Noyabr 2026
161
23:49 / 13 Noyabr 2026
161
23:40 / 13 Noyabr 2026
166
23:28 / 13 Noyabr 2026
161
23:22 / 13 Noyabr 2026
155
23:17 / 13 Noyabr 2026
418
23:09 / 13 Noyabr 2026
183
23:05 / 13 Noyabr 2026
152
23:02 / 13 Noyabr 2026
329
22:53 / 13 Noyabr 2026
162
22:49 / 13 Noyabr 2026
155
22:41 / 13 Noyabr 2026
153
22:36 / 13 Noyabr 2026
177
22:18 / 13 Noyabr 2026
160
22:13 / 13 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.