Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan 

news/2025_06_09/pasinyan_2025_1749422840.jpg

İQTİSADİYYAT

67

21.01.2026, 20:54

Ermənistan və Azərbaycanın enerji sistemləri TRİPP layihəsi çərçivəsində birləşdiriləcək. Bundan sonra mümkün şəraitdən asılı olaraq, qarşılıqlı fayda əldə ediləcək.

Oxu24.com  xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyan ölkəsinin artıq qarşılıqlı faydanın bir hissəsini əldə etdiyini, benzinin 20% ucuzlaşdığını qeyd edib:

"Ermənistana buğda idxal edirlər, bu, qarşılıqlı fayda deyilmi? Hazırda Azərbaycanda bunu görürlər. Ermənistan parlamentində də kimsə qarşılıqlı faydanın bir hissəsinin artıq əldə edildiyini görəcəkmi?”