Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
14 Noyabr 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
879
24.11.2025, 21:42
Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində fəaliyyətini genişləndirməkdə davam edir. Bu çərçivədə Təhsil Tələbə Kredit Fondu ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova və Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov imzalayıblar.
Memorandumun əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına dəstək göstərmək və gənclərin karyera perspektivlərini genişləndirməkdir. Əməkdaşlıq çərçivəsində tələbələr Kapital Bank-ın müxtəlif struktur bölmələrində istehsalat təcrübəsi və xüsusi təcrübə proqramlarında iştirak etmək imkanı əldə edəcəklər. Bu təşəbbüs tələbələrə real iş və biznes mühitində fəaliyyət göstərmək, müasir bankçılıq prosesləri və idarəetmə prinsipləri ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Memorandum çərçivəsində həmçinin Kapital Bank-ın aparıcı mütəxəssisləri tərəfindən təşkil olunacaq təlim və inkişaf proqramlarına çıxış nəzərdə tutur. Tələbələr üçün keçiriləcək seminar və vörkşoplar onların şəxsi və peşəkar inkişafına töhfə verəcək, bank sektorunun iş prinsipləri, müasir trendlər və innovativ yanaşmalar barədə biliklərini daha da zənginləşdirəcək. Bu əməkdaşlıq Kapital Bank-ın gənclərin təhsilinə və inkişafına dəstək missiyasının davamı olmaqla yanaşı, ölkənin əmək bazarında daha rəqabətqabiliyyətli və hazırlıqlı kadrların yetişdirilməsinə də mühüm töhfə verəcək.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
23:07 / 15 Noyabr 2026
3
22:43 / 15 Noyabr 2026
100
22:34 / 15 Noyabr 2026
78
22:24 / 15 Noyabr 2026
64
22:05 / 15 Noyabr 2026
776
21:57 / 15 Noyabr 2026
302
21:37 / 15 Noyabr 2026
1061
21:07 / 15 Noyabr 2026
1003
20:58 / 15 Noyabr 2026
489
20:55 / 15 Noyabr 2026
136
20:44 / 15 Noyabr 2026
319
20:39 / 15 Noyabr 2026
123
20:30 / 15 Noyabr 2026
150
20:09 / 15 Noyabr 2026
402
19:51 / 15 Noyabr 2026
435
19:37 / 15 Noyabr 2026
146
19:17 / 15 Noyabr 2026
149
19:09 / 15 Noyabr 2026
137
18:40 / 15 Noyabr 2026
155
18:05 / 15 Noyabr 2026
165
17:53 / 15 Noyabr 2026
2092
17:43 / 15 Noyabr 2026
809
17:16 / 15 Noyabr 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.