TƏCİLİ! Azərbaycan nefti bu qədər BAHALAŞDI
03 Mart 2026, 09:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
678
12.11.2025, 15:45
Ölkənin ən böyük maliyyə institutlarından biri olan Kapital Bank beynəlxalq maliyyə bazarında yeni bir zirvəni fəth edərək, öz tarixində ilk sindikatlaşdırılmış kredit sazişini uğurla imzaladı. Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”ın təşkilatçılığı ilə həyata keçirilən bu tarixi saziş mərasimi 11 noyabr 2025-ci il tarixində Dubay şəhərində hər iki bankın rəhbərləri tərəfindən rəsmiləşdirildi. Əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaitinin cəlbi nəzərdə tutulur.
Qeyd edək ki, bu əməkdaşlığın əsası ötən aylarda Körfəz regionunda aparılan məqsədyönlü təqdimatlar zamanı qoyulub. Belə ki, Kapital Bank-ın Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Emin Məmmədovun rəhbərliyi ilə bankın nümayəndə heyətinin Doha və Dubay səfəri çərçivəsində regionun əsas maliyyə institutlarına bankın güclü maliyyə göstəriciləri, dayanıqlı inkişaf strategiyası və gələcək investisiya planları təqdim edilib. Məhz bu təqdimatların uğurlu davamı olaraq imzalanan saziş, Kapital Bank-ın beynəlxalq maliyyə bazarında etibarlı və sabit tərəfdaş statusunu daha da möhkəmləndirib.
Tədbirdən dərhal sonra öz sosial media kanalında paylaşım edən Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu əməkdaşlığı yüksək qiymətləndirib. “Bu əməkdaşlıq bankımızın maliyyə dayanıqlılığını artırmaqla yanaşı, həm də Azərbaycanın maliyyə sektoru üçün yeni beynəlxalq imkanlar yaradır. Bir ekosisteminin əsas hissəsi olaraq gələcək hədəfimiz beynəlxalq tərəfdaşlıqları keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdır. Biz bu resursları ölkəmizin rəqəmsal transformasiya prosesini gücləndirməyə və uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edən layihələrə yönəldərək ölkə iqtisadiyyatına dəyər qatmağa davam edəcəyik”.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Həmçinin oxuyun
13:50 / 03 Mart 2026
1
13:39 / 03 Mart 2026
70
13:36 / 03 Mart 2026
26
13:20 / 03 Mart 2026
61
13:18 / 03 Mart 2026
48
13:13 / 03 Mart 2026
42
13:08 / 03 Mart 2026
172
13:05 / 03 Mart 2026
46
13:00 / 03 Mart 2026
241
12:56 / 03 Mart 2026
58
12:50 / 03 Mart 2026
42
12:45 / 03 Mart 2026
42
12:41 / 03 Mart 2026
41
12:36 / 03 Mart 2026
976
12:33 / 03 Mart 2026
140
12:19 / 03 Mart 2026
55
12:02 / 03 Mart 2026
66
11:59 / 03 Mart 2026
82
11:50 / 03 Mart 2026
76
11:39 / 03 Mart 2026
134
11:34 / 03 Mart 2026
87
11:23 / 03 Mart 2026
68
11:14 / 03 Mart 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.