Qaynar xətt:

(+99450) 247 90 86

Nazir: "Bazardakı qiymət fərqləri diqqətimizdədir"

Nazir: \\\"Bazardakı qiymət fərqləri diqqətimizdədir\\\"

İQTİSADİYYAT

641

01.06.2019, 19:32

\"\" Kənd təsərrüfatı məhsullarına kənddə istehsalçı tərəfindən qoyulan qiymətlə pərakəndə satış nöqtələrindəki qiymət arasında kəskin fərqin olması Kənd Təsərrüfatı Nazirliyinin diqqət mərkəzindədir.
Oxu24.com oxu.az-a istinadən bildirir ki, bu fikirləri jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib. \"Məsələ nazirliyin diqqət mərkəzindədir. Bu problemi həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir, satış yarmarkaları təşkil olunur, böyük şəbəkə marketlərlə istehsalçıların birbaşa əlaqələri yaradılır\".
Nazir ölkə ərazisində arpa və buğda biçininə başlandığını da qeyd edib.