Qızılın qiyməti dəyişdi
20 Oktyabr 2026, 09:06
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1397
14.07.2025, 15:57
Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlərə dair maliyyə yükünü azaltmaq məqsədilə dövlət tərəfindən ödənişlərin zəruri hissəsinin qarşılanması təcrübəsi tətbiq olunur. Məsələn, Rusiyada aşağı gəlirli yaşlı vətəndaşların kommunal xərcləri bir ailənin gəlirinə görə müəyyən norma ilə məhdudlaşdırılaraq subsidiya və ya endirimlər verilir. Bəzi regionlarda 70-80 yaşlı vətəndaşlara ödənişlərin 50-100 %-i qədər imtiyazlar var. Gürcüstanda isə sosial cəhətdən həssas ailələr elektrik və su üçün tarif fərqini dövlət hesabına ödəyən sistemdən istifadə edirlər .
Bu cür təcrübə Azərbaycanda mümkün ola bilərmi?
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrdə daha geniş yayılan və effektiv hesab olunan mexanizm pensiyaların məbləğinin artırılmasıdır:
"Çünki pensiyaların məbləğinin artırılması praktiki olaraq vətəndaşlara imkan verir ki, öz pensiyaları hesabına kommunal xərclər də daxil olmaqla digər zəruri ehtiyaclarını qarşılasınlar. Buna görə də Azərbaycanda da mərhələli şəkildə pensiya məbləğlərinin artırılması əsas hədəflərdəndir".
Deputatın sözlərinə görə, artıq bu istiqamətdə ilk addımlar atılıb - 2025-ci ildən etibarən minimum pensiya məbləği 280 manatdan 320 manata qədər artırılıb. O əlavə edib ki, növbəti illərdə də pensiyaların artırılması dövlətin sosial prioritetlərindən biri olaraq qalacaq:
"Azərbaycanda tətbiq edilən model modern yanaşmaya əsaslanır. Məqsəd, inkişaf etmiş ölkələrdə olduğu kimi, mərhələli şəkildə pensiya məbləğinin artırılması və vətəndaşların həm dövlət, həm də özəl pensiya olmaqla iki mənbədən gəlir əldə etməsinə nail olmaqdır".
13:20 / 20 Oktyabr 2026
1
13:08 / 20 Oktyabr 2026
21
13:04 / 20 Oktyabr 2026
34
13:00 / 20 Oktyabr 2026
32
12:54 / 20 Oktyabr 2026
53
12:46 / 20 Oktyabr 2026
50
12:43 / 20 Oktyabr 2026
80
12:35 / 20 Oktyabr 2026
465
12:30 / 20 Oktyabr 2026
63
12:28 / 20 Oktyabr 2026
303
12:05 / 20 Oktyabr 2026
61
12:00 / 20 Oktyabr 2026
68
11:55 / 20 Oktyabr 2026
63
11:50 / 20 Oktyabr 2026
59
11:43 / 20 Oktyabr 2026
149
11:26 / 20 Oktyabr 2026
384
11:25 / 20 Oktyabr 2026
70
11:21 / 20 Oktyabr 2026
61
11:19 / 20 Oktyabr 2026
94
11:13 / 20 Oktyabr 2026
669
11:10 / 20 Oktyabr 2026
70
11:07 / 20 Oktyabr 2026
122
11:04 / 20 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.